Şənbə , 14 Mart 2026
Drone Cameras

Belçikada Emmanuel Makron və Fransa polisi əleyhinə aksiya keçirilib

Belçikanın paytaxtı Brüsseldə irqçiliyə və polis zorakılığına qarşı kütləvi etiraz aksiyası keçirilib.

Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, xeyli sayda insan Avropa Komissiyasının binası qarşısına toplaşaraq irqçilik əleyhinə şüarlar səsləndirib.

Aksiya iştirakçıları Belçikada və Fransada polis özbaşınalıqlarına qarşı etirazlarını ifadə ediblər. Bununla yanaşı, Fransada qəbul edilən “Qlobal təhlükəsizlik haqqında” yeni qanun əleyhinə şüarlar səsləndirilib.

Etirazçılar həmçinin Fransa prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.

Polis aksiya ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirib.

Check Also

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali …