Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda koronavirusa 4 356 yeni yoluxma qeydə alınıb, 39 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 356 yeni yoluxma faktı qeydə alınıb, 2 517 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 146 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan88 497 nəfər müalicə olunaraq sağalıb, 1 6 32 nəfər vəfat edib, aktiv xəstə sayı 56 550 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 197, bu günə qədər isə ümumilikdə 1 837 001 test icra olunub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …