Şənbə , 23 Noyabr 2024
Drone Cameras

BDM nümayəndə heyyəti Iğdırda görüşlər keçirib

Beynəlxalq Diaspor mərkəzinin nümayəndə heyyəti, Türkiyədə səfərdədir.


Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın qəhrəman oğullarından Kərbəlayi İsmayıl Çimənin məzarını ziyarət etmiş və Qarabağda işğaldan azad olmuş torpaqdan gətirirərək onun məzarı üzərinə tökmüşlər.

Mərkəz heyyəti “Aralık Bələdiyyəsi”nin sədri Mustafa Güzelkaya, “Mələkli Bələdiyyəsi”nin sədri Eray Coşar, “Karakoyunlu Bələdiyyəsi”nin sədri Bayram Ballı ilə görüşmüşlər.

Görüşlərdə Azərbaycanın haqqlı davası, düşmən üzərində əldə etdiyi qələbə və Türkiyyənin sona qədər bu davada yanında olmasından söhbət açılıb. Görüşlərdə bələdiyyə sədirlərinə Azərbaycan bayraqları hədiyyə olunub.


Səfərdə, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev, İctimai Siyasiproseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli, eyni zamanda bələdiyə sədirləri ilə görüşlərdə Türkiyənin aparıcı təşkilatlarından biri olan ASİMDƏR-in başkanı Göksər Gül bəydə iştirak etmişdi.

Qeyd edək ki: Azərbaycanın qazandığı qələbə münasibəti ilə “Karakoyunlu Bələdiyyəsi”nin hər tərəfində Azərbaycan bayraqları asılmış və “Mələkli Bələdiyyəsi”nin əsas məhəllələrindən birinə “Qarabağ məhəlləsi” adı verilmişdir.

Nümayəndə heyyətinin səfəri davam edir. Səfər Azərbaycan Respublikasının Prezidentinin yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilməkdədir.



Boyukmillet.com
Ayna Fərhad

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …