Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanda itkin düşən hərbçilərin valideynləri aksiya keçirib

İtkin düşən hərbçilərin valideynləri Ermənistanın Eçmiadzin rayonundakı hərbi hissənin qarşısında etiraz aksiyası keçiriblər.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunda gedən döyüşlər nəticəsində bu hissənin 60 hərbçisindən 34-ü itkin düşüb.

Valideynlərdən biri deyib ki, onlara dekabrın 1-də 3 gündən sonra məlumat olacağını bildirsələr də heç bir xəbər yoxdur: “Onlarla əlaqəmizin kəsilməsindən sabah artıq 50 gün ötür”.

Hərbçilərin hamısı radiasiya, kimyəvi və bioloji hücumlardan müdafiə üzrə hərbi hissədə quluq edirmişlər.

Aksiya iştirakçıları hərbi hissınin komandiri Arsen Abqaryandan oğullarını geri qaytarmasını tələb ediblər. Onların sözlərinə görə, Zəngilan Ermənistan işğalından azad edildikdən sonra həmin əsgərləri o bölgəyə göndəriblər.

“Onlar mühasirəyə düşüb”, – valideynlərdən biri bildirib.

Aksiya iştirakçılarının sözlərinə görə, itkin düşən hərbçilərə əmək haqqının verilməsi dayandırılıb: “Onların ailəsi var. Çoxunun uşaqları yetkinlik yaşına çatmayıb”.

Valideynlər Yerevanda Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirəcəklərini bildiriblər.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …