Şənbə , 14 Mart 2026
Drone Cameras

Bakı Metrosunun yeni stansiyası “8 noyabr” adlanacaq – RƏSMİ

Prezident İlham Əliyevin təşəbbüsü ilə metronun yeni stansiyası “8 noyabr” adlanacaq.

Boyukmillet.com-un məlumatına görə, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bununla bağlı Qərarında deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın”.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …