Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Yerevanda etirazçılar metronun işini iflic edib

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.

Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlarla aksiya iştirakçısı Yerevanda “Qorsaranain” metro stansiyasına daxil olaraq yürüşdə iştirak etməyən sərnişinlərin hərəkətinə mane olublar.

Bildirilib ki, maşinistlər qatarı sürə bilmir. Polis əməkdaşları isə etirazçıların qarşısını almır.

Bundan başqa, Yerevanın mərkəzi küçələri də aksiyaçılar tərəfindən bağlanıb. Aksiya iştirakçıları “Nikol, get!”, “Nikol satqındır!” şüarını söyləyirlər.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …