Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Hikmət Hacıyev: “Vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər”

“Azərbaycanda da koronavirusun yayılması müşahidə edilir. Bu da bizi narahat edir. Artıq hər birimiz deyə bilərik ki, yaxın qohumlarımızda, dostlarımızda yoluxma halı adi hal alır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, artıq koronavirusla bağlı qayadaların sərtləşdirilməsi istiqamətində təkliflər vardır:

“Hətta vəziyyət o həddə çata bilər ki, tibbi müdaxiləyə ehtiyacı olan şəxslər kənarda qala bilərlər. Bu gün ölkə üzrə xəstələrin sayı 56 mindən çox göstərilir. Evdə müalicə alanların sayı isə 48 min nəfər göstərilir”.

Check Also

SON DƏQİQƏ! Azərbaycanda quş qripi yayılıb? AÇIQLANDI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yanvarın 12-16-da Azərbaycan ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) quş qripi …