Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Bu gün Ermənistan müxalifəti parlamentin binası qarşısında aksiya keçirəcək

Ermənistan müxalifəti bu gün ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası təşkil edəcək.

Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “Vətənin qurtuluşu üzrə Hərəkat”ın yaydığı bəyanatda deyilir.

“Əziz həmvətənlər, Ermənistan Respublikasının vətəndaşları bu gün (dünən-red) ölkənin bütün ərazisi üzrə vətəndaş itaətsizliyi aksiyaları keçirdik. Sabah (bu gün-red) eyni ruhda davam edirik. Eyni qətiyyətlə. Saat 16:00-da Ermənistan Milli Məclisinin binası qarşısında görüşürük və xalqın iradəsini hakim rejimə qarşı tətbiq edirik. Vətənimizi birlikdə xilas edəcəyik!”, – deyə müxalifətin yaydığı bəyanatda qeyd edilib.

Check Also

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …