Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün ABŞ-a gedəcək

Türkiyə ədliyyə naziri Bəkir Bozdağ Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, səfər oktyabrın 26-27-də baş tutacaq.

Nazir ABŞ tərəfinə F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədləri təqdim edəcəyini bildirib: “Gülən üçün hazırlanmış dosyedən daha etibarlı birisi yoxdur və ola da bilməz… Dosyedə rəqəmsal daşıyıcı disklərə yazılmış təxminən 500 min sənəd var. Əgər bu cür ətraflı hazırlanmış dosyeyə görə də onlar ekstradisiyanı həyata keçirməsələr, daha hansı məlumatları istədiklərini anlamaq qeyri-mümkün olacaq”.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir