Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanda koronavirus testləri niyə bahadır? – Ramin Bayramlı CAVAB VERDİ

“Testlərin qiymətinə biz baxmırıq ki! Testlərin qiymətilə özəl müəssisələr məşğuldur, yaxşı olar ki, bu sualı onlara yönləndirəsiniz”.

Bunu Modern.az-a özəl açıqlamasında Tibbi  Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Azərbaycanda test qiymətlərinin əhalinin gəlirlərinə adekvat olmaması və bundan doğan narazılıqla bağlı sualı cavablandırarkən bildirib.

TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum ancaq xəstələrin müalicəsilə məşğuldur:

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik.

Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.

R.Bayramlı qeyd edib ki, Azərbaycan ən çox test həyata keçirən ölkələr sırasındadır:

“Siz dünya statistikasına baxsanız, görərsiniz ki, ölkəmiz indiyədək 2 milyon ödənişsiz test edib və ən çox test həyata keçirən ölkələrdən biridir”.

Xatırladaq ki, hazırda özəl tibb müəssisələrində koronavirus testlərinin qiyməti 90 manatdan yuxarıdır..

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …