Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Əsəddən SENSASİON ADDIM: Qarabağda döyüşən suriyalı erməniləri…

Qarabağda döyüşmək üçün Ermənistana gedən Hələb ermənilərindən əksəriyyəti Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Boyukmillet com “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, 30-a yaxın tabut Ermənistanın paytaxtı İrəvandan təyyarə ilə Lazkiyədəki Rusiyanın Hmeymim hərbi aviabazasına göndərilib.

Cəsədlər Süleymaniyyə və Əziziyyə məhəllələrində basdırılıb.

Karabağ'dan Suriye'ye tabutla döndüler

İddia olunur ki, Bəşər Əsəd rejiminin bəzi əsgərləri ilə regionda söz sahibi olan ölkənin bəzi səlahiyyətliləri sözügedən xristian birliklərinə əsgər cəlb etmək tapşırığını gizli şəkildə yerinə yetirib. Hətta xristian birlikləri ilə “Vaqner” kimi muzdlu əsgər modelinə bənzər formada 3 aylıq müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində də döyüşmək üçün Ermənistana göndərilib.

Suriya erməniləri və asurlulardan ibarət muzdlu əsgərlərə Qarabağ döyüşlərindəki fəaliyyətinə görə aylıq 1500 dollar maaş vəd edilib. Bununla yanaşı, gələcəkdə Ermənistana səyahət etmək üstünlüyü, hətta Ermənistan vətəndaşı olmaq fürsəti əldə edə biləcəkləri ifadə olunub. Qarabağda ölən 30 əsgərin kompensasiyasını ödəməyi isə Əsəd rejimi öz üzərinə götürüb. Hər ailəyə 200 min Suriya lirəsi verilib. (publika.az)

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …