Cümə axşamı , 2 May 2024
Drone Cameras

Müsavat yürüş keçirəcək

Müsavat Partiyası oktyabrın 21-də etiraz yürüşü keçirəcək.
 
Partiyadan Boyukmillet.com-a daxil olan məlumata görə, artıq Bakı şəhər İcra Hakimiyyətinə aksiya ilə əlaqədar rəsmi müraciət göndərilib. Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna görə, vətəndaşların qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə sərbəst toplaşmaq hüququ var.
 
Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:
 
1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;
 
 
2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir