Çərşənbə , 1 May 2024
Drone Cameras

Naxçıvanın Konstitusiyası dəyişdirilir

26 sentyabr 2016-cı il tarixdə ümumxalq səsverməsi  ilə Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişiklilər edilir.

Boyukmillet.com-ın məlumatına görə, dəyişiklik Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 8-ci maddəsinə (Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ) təklif edilir.

I.Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tətəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin  seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və Qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Həmçinin 15-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilir.

5. 41-ci maddənin mətni isə aşağıdakı yeni redaksiyada verilir:

“Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.

Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir