Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə polisi FETÖ-nün Azərbaycan üzrə təmsilçisini həbs edib

Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan üzrə təmsilçisini həbs edib.

Boyukmillet.com report-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib.

Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir