Cümə , 13 İyun 2025
Drone Cameras

Erməni diaspor liderinin öldürülməsi – VİDEO

Erməni biznesmen Arsen Papazyanın öldürülmə anının görüntüləri yayılıb.

Boyukmillet.com xəbər verir ki, “İzvestiya” qəzetinin yaydığı görüntüdə killerin Papazyanı necə öldürməsi açıq-aşkar nümayiş olunub.

Qeyd edək ki, oktyabrın 5-də Moskvanın mərkəzində Voronej vilayətinin İctimai Palatasının üzvü və “Ani” erməni mədəni-xristian ictimai təşkilatının rəhbəri Arsen Papazyan öldürülüb.

Papazyanın nüfuzlu iş adamı, erməni diaspor təşkilatının aktivi olub və xeyriyyə işlərinə külli miqdarda pul xərclədiyi bildirilir. Papazyanın əslində Voronejdə erməni disaporuna faktiki rəhbərlik etdiyi də qeyd olunur.

O, Ukraynada tikinti sahəsində tenderin qalibi olan müəssisəyə rəhbərlik edib. Rəsmi materiallara görə, “Jozefina” VİP istirahət kompleksi, “Noyev kavçek” və “Qarun” kafesi Papazyana məxsus olub. Həmçinin o, yerli Kikboksinq Federasiyasına da rəhbərlik edib.

Check Also

Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib. Boyukmillet.com xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir