Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rusiya xarici ölkələrlə aviaəlaqəni dayandıra bilər…

Rusiya Dövlət Dumasının deputatı İvan Suxarev koronavirusun yeni ştammının yayılması ilə bağlı Baş nazir Mixail Mişustinə müvəqqəti olaraq digər ölkələrlə aviaəlaqəni dayandırmağı təklif edib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbərə verir ki, artıq deputat Baş nazirə müvafiq məktub da ünvanlayıb.

Suxarev qeyd edib ki, Böyük Britaniya və digər ölkələrdə yeni ştamm aşkarlanandan sonra Rusiya Londonla aviaəlaqəni məhdudlaşdırıb.

“Rusiya Federasiyası ərazisində yeni virusun yayılmasının qarşısını almaq üçün, koronavirus infeksiyasına qarşı mübarizədə mövcud müsbət dinamikanı qorumaq üçün bütün xarici ölkələrlə hava əlaqəsinin müvəqqəti dayandırılması ehtimalını nəzərdən keçirməyinizi xahiş edirəm”, – deyə deputat məktubunda qeyd edib.

Qeyd edək ki, dekabrın 20-i Ümumdünya Səhiyyə Təşkilatı Britaniyada koronavirusun yeni, çox yoluxucu ştammının yayılması barədə məlumatlara şərh verib.

Böyük Britaniyanın rəsmi şəxslərinin yeni tip COVID-19 barədə məlumatları, eləcə də cari araşdırmaların nəticələrini onlarla bölüşdüklərini deyib.

“Biz virusun bu tipinin xarakteristikası və hər bir nəticəsi barədə məlumatlar aldıqca üzv dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq”, – ÜST Twitter-də yazıb.

Bir qədər əvvəl Böyük Britaniyada yayılan yeni tip koronavirusun 70% daha yoluxucu olduğu bildirilmiş, əhaliyə daha tədbirli olmaq məsləhət görülmüşdü. Ancaq eyni zamanda qeyd olunub ki, ştammın yüksək yoluxuculuğuna rəğmən, onun ölüm göstəriciləri və hospitalizasiya baxımından yüksək təhlükəli olması barədə məlumatlar yoxdur.

Şənbə günü Böyük Britaniyanın baş naziri Boris Conson London və cənub-şərq rayonlarında yeni məhdudiyyətlərin, ümumilikdə götürdükdə lokdaunun tətbiq olunması barədə qərar verib. İngiltərənin ardından Şotlandiya və Uels hökumətləri də tədbirlərin sərtləşdiriləcəyini bildirib.

Pandemiya başlayandan Britaniyada 2004219 adamda koronavirus təsbir olunub, 67075 COVID-19 xəstəsi dünyasını dəyişib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …