Milyonlarla insanın ürəyində dərin sevgi qazanan ölkə başçısı hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə vətəninə, dövlətinə və xalqına sədaqətlə xidmət etmək nümunəsi göstərir. 30 ildə Yeni İli ilk dəfə olaraq sülh şəraitində, uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacaqdır
Müstəqil Azərbaycan bu gün iqrisadi gücünə görə bütün Qafqazda lider dövlətə çevrilmişdir. Ölkə başçısı İlham Əliyevin rəhbər olaraq hansı iqtisadi-siyasi yüksəlişlərə imza atdığı, siyasi iradəli Ali Baş Komandan olaraq Azərbaycan ordusunun döyüş hazırlığını, texniki təchizatını yüksəltdiyi hamıya məlumdur. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.
44 günlük Vətən Müharibəsində düşmənin
” məğlubedilməz” ordusunu darmadağın edilməsi faktı Azərbaycan ordusunun
gücünün bariz göstəricisidir.
İlham Əliyev Azərbaycan tarixində ərazi bütövlüyünü bərpa edən lider olaraq qalacaqdır. Bu müharibə İlham Əliyevi bütün dünyaya necə müdrik siyasi xadim, diplomat, güclü sərkərdə olduğunu göstərdi. O, bu yüksək xüsusiyyətlərlə Azərbaycanı dünyaya ən gözəl formada təqdim etdi, hamıya tanıtdı. Azərbaycan xalqının ümidlərini gerçəkləşdirdi, erməni işğalına son qoydu. İlham Əliyevin siyasi fəaliyyəti əsrlər sonra da öyrəniləcək və təbliğ ediləcəkdir.
İlham Əliyevin Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidməti
“8 Noyabr Zəfər Günü”- nü bizə yaşatmağı oldu. Bu gün, Azərbaycan tarixinin parlaq səhifəsi olaraq tarixə qızıl hərflərlə yazılacaqdır.
Bu zəfərlə Prezident xalqın inamını, mənəvi gücünü, tapdalanmış qürurunu bərpa etdi. Bizə bu sevincli günləri, böyük qürur hissini yenilməz, cəsarətli Prezidentimiz yaşatdı.
Yeni tarix yazan cənab İlham Əliyev,
YENİ YAŞINIZ MÜBARƏK OLSUN !!
Geniş miqyaslı fəaliyyətinizdə Sizə yeni nəailiyyətlər arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz altında ölkəmiz yeni- yeni uğurlara imza atacaqdır.
Yasəmən Möhübbətqızı
“Dövlət və Qanun” qəzetinin baş redaktoru,
AJB üzvü, Beynəlxalq Sülh Səfiri,
İSBAM sədrinin müşaviri.