Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident Zəngilan məscidi üzərində erməni vəhşiliklərini dünyaya xüsusi vurğularla çatdırdı

Rauf Zeyni: “Beynəlxalq təşkilatlar cənab Prezidentin çağırışlarından nəticə çıxarmalı, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməli və erməni vandalizminə münasibət bildirməlidirlər”

Bildiyimiz kimi, ermənilər tərəfindən Azərbaycanın dini inanc yerləri, məscidlər dağıdılıb, məhv edilib, təhqir olunub. Lakin indiyə qədər bu fakta beynəlxalq təşkilatlar tərəfindən heç bir reaksiya verilməyib, bu qurumların səsləri eşidilməyib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Zəngilanda səfərdə olarkən dağıdılmış Zəngilan məscidinin qarşısında çıxış edərək beynəlxalq təşkilatlara çağırış edib: “Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib”.

Dövlətimizin başçısı deyib ki, düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. “Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?”

  • səssiz qalmamalıdırlar”

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin dağıdılmış Zəngilan məscidinin önündən beynəlxalq təşkilatlara etdiyi müraciətdən indiyə qədər erməni vandalizminə göz yuman beynəlxalq təşkilatlar nəticə çıxarmalı və öz qərəzli mövqelərindən çəkilməlidirlər. R.Zeyninin sözlərinə görə, bu mühüm çağırışa beynəlxalq təşkilatların səs verməsi olduqca vacibdir: “Ermənilər Azərbaycanın dini irsini, müsəlman abidələrini, məscidlərimizi keçən 27-30 ildə bütün dünyanın gözü qarşısında dağıdıblar. Biz 30 ildir ki, beynəlxalq təşkilatları, bütün dünyanı ermənilərin müsəlman abidələrinə qarşı həyata keçirdikləri soyqırımlara, vandalizm aktlarına səssiz qalmamağa, buna qarşı tədbirlər görməyə, reaksiya verməyə çağırırıq. Çox təəssüflər olsun ki, hələ də beynəlxalq təşkilatlar erməni vandalizminə reaksiya vermirlər. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, nəhayət, anlamalıdırlar ki, erməni terroru, erməni vandalizmi bütün bəşəriyyət üçün təhlükəlidir, fəsadlar yaradır. Biz erməni terrorunun, vandalizminin ağır nəticələrini bizim abidələrimizə qarşı etdikləri vəhşi, vandal hərəkətlərin timsalında görmüşük. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra dünya ictimaiyyəti də ermənilərin bizim ərazilərimizdə törətdikləri vəhşilikləri açıq şəkildə gördü. Ermənilər bizim ərazilərimizə, müqəddəs yerlərimizə, dini abidələrimizə, məscidlərimizə, maddi-mədəni irsimizə təcavüz ediblər, onlara qarşı vandalizm akları törədiblər. Cənab Prezidentin dağıdılmış Zəngilan məscidinin qarşısından beynəlxalq təşkilatlara erməni vandalizminə qarşı susmamağa nəhayət ki, reaksiya verməyə çağırmasını dəstəkləyirik. Beynəlxalq təşkilatlar Prezidentin haqlı çağırışlarına biganə qalmamalı, dünya ictimaiyyəti nəhayət ki, ermənilərin necə vəhşi toplum olduqlarını, onların gerçək vandal simalarını görməlidir. Dünya birliyi, beynəlxalq təşkilatlar anlamalıdırlar ki, ermənilərin Azərbaycanın dini abidələrinə, məscidlərinə, müqəddəs ocaqlarına qarşı törətdikləri barbarlıqlar, vəhşiliklər dünyanın özü üçün də təhlükələr vəd edir. Hesab edirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar susmaqdan əl çəkib erməni vandalizmini qınamalıdırlar. Beynəlxalq təşkilatlar cənab Prezidentin çağırışlarından nəticə çıxarmalı, Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməli və erməni vandalizminə münasibət bildirməlidirlər”.  

R.Zeyni qeyd etdi ki, uzun illərdir ermənilər özlərini dünyaya “məzlum, yazıq, mələksifət” kimi tanıtmağa çalışır, amma bu toplumun müsəlman məscidlərinə qarşı etdiyi vandalizm və təhqiramiz hərəkətlər onların əsl simasını büruzə verir. R.Zeyninin sözlərinə görə, özlərini “mələk və əzabkeş xalq” kimi təqdim edən ermənilərin, əslində, bir iblis, faşist olduğunu dünya görməlidir. “Cənab Prezidentin bu çağırışlarından dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar nəticə çıxarmalıdırlar, bu məsələyə biganə yanaşmaqdan əl çəksinlər. Biz də qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti olaraq cənab Prezidentin səsinə səs veririk və bütün beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, ölkələri nəhayət ki, ermənilərin bizim dini abidələrimizə, məscidlərimizə, müqəddəs yerlərimizə qarşı həyata keçirdikləri vandalizm cinayətlərinə hüquqi qiymət verməyə çağırırıq. Beynəlxalq təşkilatlar erməni vandalizminə göz yummaqla bəşəriyyəti erməni vandalizmi, faşizmi təhlükəsi qarşısında qoyduqlarının fərqində olmalıdırlar, ona görə də səssiz qalmamalıdırlar” – deyə R.Zeyni vurğuladı.

İradə SARIYEVA   

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …