Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İranda qar uçqunu olub, ölənlər var

İranın paytaxı Tehranın şimalında baş vermiş qar uçqunu zamanı 10 insan həlak olub.

Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli televiziyaya istinadən “RİA Novosti” agentliyi bildirib.

“Hazırda dağlıq ərazilərdə doqquz meyit aşkar edilib, daha bir nəfər xəstəxanada öldü”, – xəbərdə deyilir.

İranda son günlər hava şəraiti pisləşib: çovğunlar daha da güclənib, güclü külək əsir, qar yağır. Dekabrın 25-də Tehrandan şimalda qar uçqunu olub.

Daha əvvəl qar uçqunu zamanı səkkiz nəfərin həlak olduğu bildirilirdi.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …