Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşü başladı

Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Boyukmillet.com  xəbər verir ki, Rusiya – Türkiyə Yüksək Əməkdaşlıq Şurası çərçivəsində birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində keçirilən görüşün gündəliyində ikitərəfli və regional məsələlərin olduğu bildirilib.

Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın daha səmərəli hala gətirilməsi, habelə Qarabağ məsələsinə dair Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr bəyanatının yerinə yetirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …