Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmilet.com-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

İlqar Abdullayev

Check Also

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb

Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir …