Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli qoyulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb.

Bu barədə Boyukmillet.com Ali Məclisin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaq. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaq. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaq.

Ali Məclisin Sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar verib.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …