Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yaydı

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi bildirir ki, 2021-ci il yanvar ayının 5-dən etibarən Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatda olan sakinlərə istifadə müddəti bitmiş, itirilmiş, istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenisi ilə əvəzlənməsinə başlanılacaq.

Daimi nümayəndəlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi, ilkin mərhələdə, 31 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi -130. Tel: (012) 590-64-43, 590-64-31.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …