Şənbə , 21 Noyabr 2026
Drone Cameras

Ölkəyə gətiriləcək koronavirus vaksinləri vergidən azad edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, məcəlləyə dəyişiklik layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.Dəyişikliklə məcəlləyə iki maddə əlavə edilir. Onlardan biri 2 il müddətinə ölkəyə idxal olunacaq koronavirus infeksiyasına qarşı vaksinlərin və şprislərin ƏDV-dən azad olunmasını nəzərdə tutur.Digər maddə isə illik emalı 3 milyon tondan az olmayan neft emalı zavodlarının yenidən qurulması zamanı gətirilən mal və materialların əlavə dəyər vergisindən 2 il müddətinə azad olunmasını ehtiva edir.Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Check Also

Özəl tibb müəssisələri üçün icbari tibbi sığorta müraciətləri elektron qaydada qəbul olunacaq

Yaxın günlərdə özəl tibb müəssisələrində vətəndaşlara icbari tibbi sığorta hesabına xidmət göstərilməsi istiqamətində müraciətlər artıq …