Bazar ertəsi , 5 May 2025
Drone Cameras

20 Yanvar şəhidinin ailəsi üçün verilən Prezident təqaüdünün məbləği artırıldı

20 Yanvar şəhidinin ailəsi üçün verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılıb.

Boyukmillet.com. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 500 manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” veriləcək.

Daha əvvəl həmin təqaüdün məbləği 300 manat idi.

Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Check Also

“Rus Evi”-nin əsl sifəti ifşa olundu – Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif …