Şənbə , 28 Dekabr 2024
Drone Cameras

Rusiya XİN: Gürcüstan-NATO əməkdaşlığının dərinləşməsi regional təhlükəsizliyə təhdid yaradır

Gürcüstan-NATO əməkdaşlığının daha da dərinləşməsi Rusiya, qondarma Abxaziya və Cənubi Osetiya tərəfindən regionda təhlükəsizliyə təhdid kimi qiymətləndirilir.

“Report” “RT”-ə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin mətbuat xidməti bildirib.

“Rusiya, Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri Tbilisinin NATO ilə əməkdaşlığının daha da dərinləşməsini regional təhlükəsizliyə real təhdid kimi qəbul edir,”- deyə məlumatda bildirilir.

Qeyd olunur ki, BMT, ATƏT və AB-nin həmsədrliyi, Abxaziya, Cənubi Osetiya, Gürcüstan, Rusiya və ABŞ nümayəndələrin iştirakı ilə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair növbəti məsləhətləşmələr Cenevrədə keçirilib.

Ötən ayın sonunda Rusiya xarici işlər nazirinin müavini, dövlət katibi Qriqoriy Karasin NATO-nun Cənubi Qafqazda fəallaşmasının təhlükə yaratdığına eyham vurub. Sentyabrın 21-də isə Rusiya XİN rəhbəri Sergey Lavrov NATO-nun “soyuq müharibə”ni yenidən bərpa etmək niyyətində olduğunu bəyan edib. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir