Bazar , 15 Noyabr 2026
Drone Cameras

Çin İranla bağlı ABŞ-a müraciət edib

ABŞ təcili olaraq İranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Planına qayıtmalı və İslam Respublikasına qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalıdır.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu dekabrın 5-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Xua Çunin bildirib.

Onun sözlərinə görə, İranın nüvə problemi ətrafında çox mürəkkəb və həssas şərait yaranıb.

Qeyd edək ki, İran dekabrın 4-də uranı 20 faizədək zənginləşdirib. 2015-ci ildə əldə edilən razılaşmaya əsasən, İrana uranı 3,67 faizədək zənginləşdirməyə icazə verilir. 2020-ci ildə Tehran hakimiyyəti bundan imtina edərək uranın zənginləşdirilməsini 4 faizədək qaldırmışdı.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …