Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Kürdəmirdə 41 yaşlı piyadanı avtomobil vurub

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobil yolu keçmək istəyən 41 yaşlı rayon sakini Əliyev Mehman Zeynəddin oğlunu vurub. Nəticədə Mehman Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …