Bazar , 15 Noyabr 2026
Drone Cameras

Rusiyada qızıl mədəni uçub, dağıntı altında qalan fəhlələr axtarılır

Rusiyanın Kamçatka diyarında yerləşən qızıl yatağındakı şaxtanın uçması nəticəsində 5 nəfər dağıntılar altında qalıb.

Boyukmillet.com Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Kamçatka diyarı hökumət başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Zaboliçenko bildirib.

Onun sözlərinə görə, 3 nəfər mədəndən özü çıxıb və 2 fəhlənin isə taleyindən xəbər yoxdur.

“Təcili xidmət canlı qüvvəsi və vasitələri xəsarət alanlara yardım etməyə hazır vəziyyətdədir. Şaxtada dağlıq ərazilərdə xilasetmə hərb hissənin 6 mütəxəssisi dağıntılarda fəhlələrin axtarışı və xilas edilməsi məqsədi ilə əməliyyat aparır”, – A.Zaboliçenko bildirib.

Qəzanın səbəbi açıqlanmayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …