Çərşənbə , 30 Oktyabr 2024
Drone Cameras

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət

Hörmətli cənab Prezident!

Pandemiya şəraitində insanlarımızın sağlıq durumu və səhhəti ilə bağlı çox ciddi problemlər yaşanır. Bilirik ki, bu xəstəlik bütün dünyanı bürüyüb, Azərbaycandan da yan keçməyib və təəssüf ki, bir çox insanlarımız bu amansız xəstəlikdən dünyadan köçür.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının müstəqillik qazanması uğrunda Xalq Hərəkatının fəallarından olan, Azərbaycanın milli ruhunu və milli tarixini araşdıran, elmimizin inkişafında hər zaman ön sıralarda dayanan, I Qarabağ müharibəsinin qazisi, pedaqoq, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli də dünyanın bəlasına çevrilən “COVİD-19” xəstəliyi ilə mübarizə aparır. Hal-hazırda o, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında müalicə alır. Çox təəssüf hissi ilə qeyd edirik ki, vəziyyəti kəskin ağırlaşan Dilavər Əzimli artıq 04.01.2021-ci il tarixindən süni nəfəs aparatına qoşulub.

Hörmətli cənab Prezident!

Bu gün dövlətini, millətini sevən, minlərlə tələbənin sevimli müəllimi olan, hər zaman Azərbaycan ideologiyası ilə yaşayıb-yaradan ziyalımız Dilavər Mirzəkişi oğlu Əzimlinin həyatı üçün böyük təhlükə var və bu cür alimimizin itirilməsi Azərbaycanın tarixi, tarixinin araşdırılması üçün də ciddi problem yarada bilər.

Möhtərəm cənab Prezident!

Xahiş edirik, Azərbaycanın tarixçi alimi Dilavər Əzimlinin səhhətinin normala qayıtması və “COVİD 19” xəstəliyindən müalicə olunması üçün səlahiyyətli dövlət qurumlarına müvafiq göstəriş verəsiniz.

Hörmətlə

İqbal Ağazadə
Ümid Partiyasının sədri

Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili

Pənah Hüseyn
Xalq Partiyasının sədri

Sərdar Cəlaloğlu
Azərbaycan Demokrat Partiyasının sədri

Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, millət vəkili

Zahir Əlisoy
Bütöv Azərbaycan Ocaqlarının başqanı

Paşa Həsənli
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının sədri

Qələndər Muxtarlı
Millətçi Demokrat Partiyasının sədri

Zaur Qəriboğlu
jurnalist

Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Mərkəzinin sədri

Tural Abbaslı
Ağ Partiyanın sədri

Əvəz Zeynallı
jurnalist

Qafar Çaxmaxlı
Jurnalist, Ərciyəz Universitetinin professoru

Əli Mustafa
Demoratik Dəyişim Platformasının sədri

Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri

Qorxmaz İbrahimli
Aydınlar partiyası sədrinin müavini

Check Also

Prokurorluq vətəndaşın polis tərəfindən şərləndiyini təsdiqləyib

Şəmsiyyə Manafova bir ildən sonra azadlığa buraxılıb Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Şəmsiyyə Manafovanın …