Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dilqəm Əsgərov Ermənistanda ona verilən işgəncələrdən danışıb

“Bizim artilleriyanın səsləri yavaş-yavaş yaxınlaşırdı. Onlarda böyük təşviş vardı. Bizi gecə saat 11-də Şuşadan Gorusa apardılar”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən mətbuat konfransında erməni girovluğunda saxlanılmış Dilqəm Əsgərov deyib.

O, daha sonra İrəvana aparıldığını bildirib: “Oradakı həbsxanada heç kim yox idi. Orada məni yıxdılar və təpiklədilər, əşyalarımı oğurladılar. Hətta diş pastamı və fırçamı da oğurladılar. Həbxsananın rəisi bizimlə 5 dəqiqə söhbət edib getdi. Mənim olduğum kameranın qapısını qaynaqladılar. Bütün gün qapını çəkiclə döyürdülər. Sonra yenə məni Gorusa apardılar, oradan da Xankəndinə. Daha sonra yenə də İrəvana qaytardılar və hava limanına gətirdilər”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …