Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Azərbaycana gələn xarici turistlərin sayı 21% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Bu artımın ilin sonunadək davam edəcəyi gözlənilir.

“Report”un verdiyi xəbərə görə, bu barədə mədəniyyət və turizm nazirininin müavini Nazim Səmədov məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə ölkəyə 2,071 mln. nəfər xarici vətəndaş gəlib.

Nazir müavini bildirib ki, daxili turizm də bu müddətdə artım dinamikası göstərib: “Belə ki, daxili turizmdə də illik 20%-ə qədər artım qeydə alınıb”. 

N.Səmədovun sözlərinə görə, təkcə iyun-avqust ayları ərzində 860 mindən çox adam regionlarda istirahət edib: “9 ayın nəticələrini götürsək – həm daxili, həm də xarici turizmi birlikdə hesablasaq, bu, 3 mln. turist təşkil edir”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir