Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda koronavirusa 349 yeni yoluxma qeydə alınıb, 12 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 349yeni yoluxma faktı qeydə alınıb, 494nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, bu günə qədər isə ümumilikdə 2 302 843 test icra olunub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …