Bazar , 28 Aprel 2024
Drone Cameras

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunu ləğv edir

İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin sözçüsü bildirib.

O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçiriləcək. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq.

Qeyd edək ki, İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir