Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

“Azərİşıq”: İşığımız Şuşada yandı!

“Azərişıq” ASC Şuşa ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması göstərilib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin Şuşa şəhərinə səfər edib və çıxışı zamanı, şəhərə elektrik enerjisinin verildiyini bildirimişdi.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərimiz əks-hücum əməliyyatlarına başlayaraq 44 gün ərzində 27 illik işğala son qoydular. Məhz müzəffər ordumuzun düşməni qovması nəticəsinsə 2020-ci ilin noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …