Yanvarın 7-dən etibarən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri ndə, ” Pasport və Qeydiyyat ” idarəsində Naxçıvan qeydiyyatı olan, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yaşayan vətəndaşların sənədlərinin qəbulu başlayıb.
Boyukmillət.com xəbər verir ki, bu günə qədər 1049 nəfərin sənədi qəbul edilmişdir. Onlardan, 481nəfərə şəxsiyyət vəsiqələri verilib. Sənədlərin qəbulu və verilməsi prosesi hal hazırda davam edir.
Boyukmillet.com-a açıqlamasında, Naxçıvan sakinləri prosesdən məmnun qaldıqlarını bildirib, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə və Daxili İşlər Nazirliyinə bu təşəbbüslərinə görə minnətdarlıqlarını çatdırıblar.
Məlum olduğu kimi, uzun bir müddətdir pandemiya dövrü yaşayırıq. Bu səbəbdən bölgələrə və xüsusən Naxçıvana gediş-gəliş məhdudlaşıb. Məhdudluğ səbəbindən, Naxçıvan rəhbərliyi, Bakı şəhərində və resbuplikanın digər yerlərində yaşayan, Naxçıvan qeydiyyatındakı sakinlərin vəziyyətini nəzərə alaraq bu prosesi Bakı şəhərində həyata keçirilməsinə qərar verilib.
Proses zamanı, xüsusi karantin rejimi nəzərə alınaraq bütün qaydalara əməl edilməkdədir. Vətəndaşların sənəd qəbulu prosesini həyata keçirməsi istiqamətində isə hər cür rahat şərait yaradılıb.
Qeyd edək ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən ötən il avqust ayında Bakı şəhərində Naxçıvan qeydiyyatı olan beş minə yaxın vətəndaşa şəxsiyyət vəsiqələri verilmişdir.
Ayna Fərhad.
Boyukmillet.com