Bazar , 7 Dekabr 2025
Drone Cameras

Zakir Həsənov cəbhədə artilleriyaçıların döyüş hazırlığını yoxlayıb

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsində olan Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.

Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir