Şənbə , 3 May 2025
Drone Cameras

İsmayıl Hacıyev “Şöhrət” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Prezident İlham Əliyev yanvarın 23-də İsmayıl Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Boyukmillet.com məlumatına görə, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin”.

Qeyd edək ki, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin sədri və Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Təsdiq edilən tədbirlər planına əsasən Naxçıvanda İsmayıl Hacıyevin 70 illik yubileyi qeyd olunur.

Check Also

Lökbatan qəsəbəsindəki “VİP LOMBARD” vətəndaşa fırıldaq gəlib – ŞOK FAKTLAR

Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard …