Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır

Bazar ertəsi Türkiyəyə koronavirus vaksinlərinin ikinci partiyasının birinci hissəsi çatdırılacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Vaksinlərin ikinci hissəsi (6,5 milyon doza) ölkəmizə bazar ertəsi axşam gətiriləcək. Çatdırmalar alınma planına uyğun olaraq həyata keçiriləcək ki, vaksinləmə proqramı fasilələrsiz həyata keçirilsin”, – nazir qeyd edib.

Türkiyəyə növbəti tədarük çərçivəsində isə peyvəndlərin ümumilikdə 10 milyon dozası çatdırılacaq.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …