Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan baş nazirinin müavini Moskvada keçiriləcək üçtərəfli görüşdən danışıb

Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərinin görüşündə kommunikasiyanın açılması müzakirə olunacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan yanvarın 28-də “Yerablur” jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar yanvarın 30-da Moskvada keçiriləcək. Görüşdə hələlik Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat müzakirə ediləcək.

Baş nazirin müavini deyib ki, kommunikasiya xətlərinin açılması çox mürəkkəb məsələdir və daha dərin təhlilə ehtiyac var.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …