Bazar , 22 Noyabr 2026
Drone Cameras

Saatlıda itkin düşən qadının su kanalında batdığı ehtimal olunur

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Check Also

Almaniyadan gələn nəqliyyat vasitəsində bəyan edilməyən mallar aşkarlanıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarət tədbirləri nəticəsində gömrük orqanına bəyan edilmədən …