Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ prezidentinin müşaviri: “Bayden Ərdoğanla yaxından əməkdaşlıq arzusundadır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında yaxın günlərdə telefon danışığı olacaq.ABŞ prezidentinin müşaviri: “Bayden Ərdoğanla yaxından əməkdaşlıq arzusundadır”

Boyukmillet.com  xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan arasında bir saatlıq telefon danışığı olub. Onlar ikitərəfli münasibətləri, Rəcəb Tayyib Ərdoğanla Cozef Baydenin telefon danışğının keçirilməsini müzakirə ediblər.

C.Sullivan bildirib ki, Cozef Bayden 4 dəfə Türkiyədə səfərdə olub: “O, Rəcəb Tayyib Ərdoğanı tanıyır və onunla yaxından əməkdaşlıq etmək arzusundadır. Biz Türkiyənin əhəmiyyətinin fərqindəyik”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …