Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Rusiyaya qanunsuz gedən ermənilər günlərlə ac saxlanılaraq geri qaytarıldılar

Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Tert.am” bildirib.

Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

“Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik”, – Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.

Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər.

Check Also

Blinken: Putinin Ukrayna planı iflasa uğrayıb

Vladimir Putinin Ukraynanı xəritədən silib Rusiyanın tərkibinə daxil etmək planı iflasa uğrayıb. Boyukmillet.com xəbər verir …