Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT sədrindən övladı ilə bağlı çox təsirli və motivasiya dolu təbrik

“İlk dəfə həkim mənə deyəndə ki, “Sizin övladınız eşitmə məhdudiyyətlidir” 20 yaşlı gənc ana idim. Bir gənc valideyin kimi bunu eşitmək nə dərəcədə ağır olduğunu analar oxuyanda daha yaxşı anlarlar. Bəli, çox çox ağır oldu. Çünki öz həyat yolumda məhdudiyyətli olmaqla keçıb. Nərgizə görə güclü olmalıyam deyib ayağa qalxdım. Tək eşitmə məhdudiyyəti olan Nərgizin anası yox, bütün eşitmə məhdudiyyəti olan uşaqların anası hiss etdim özümü, bütün eşitmə məhdudiyyəti olan ailələri bir ailə bilərək “Eşitmə Və Nitq Mehdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi yaratdım”.

Boyukmillet.com xəbər verir ki,  bunu “Eşitmə Və Nitq Mehdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova öz facebook profilində yazıb.  C. Abdulova davamında qeyd edir ki, qızı Nərgiz Allahın ona verdiyi ən böyük mükafatdır. “İstərdim məhdudiyyətli uşaqların anaları heç vaxt unutmasınlar, Siz güclü insansınız ki,  övladınız da seçilmişdir. Sadəcə güclü olun, onlara inam, güvən hissi verin!” Nərgiz Abdulovanın bu gün böyük bir iş kollektivi var. Karyerasına öz ağılı və Dövlət dəstəyi, qayğısı ilə başlayıb. Anası bildirir ki, 17 il bundan əvvəl cənab İlham Əliyevin dəstəyi ilə eşitmə cihazı ilə təmin olunub və ilk səsləri eşitməyə başlayıb. Bu gün isə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Nərgiz Abdulova mükafata layiq görülüb. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Gənclər üçün Prezident mükafatına layiq görülən 10 gəncin sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda sosial agent kimi çalışan Abdulova Nərgiz Cövdət qızı da var. 

 QHT sədri yazır: “Bu yolda ona və bir çox əlilliyi olan şəxslərə daima dəstək  olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fonduna bir Ana olaraq təşəkkür edirəm.  Mən Ana olaraq 22 illik həyatımın mükafatını aldım.  Bu gündən Nərgizə daha da məsuliyyətli olmağı tövsiyə edib, karyerasında uğurlar arzulayıram”

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …