Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta dollarla saxlanılıb

Türkiyə vətəndaşı Gürcüstanda külli miqdarda saxta pul əskinaslarının satışı faktına görə saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətindən bildirilib.

İstintaqla müəyyən edilib ki, bu ilin yanvar ayında qanunsuz maddi gəlir əldə etmək məqsədilə əcnəbi vətəndaş 200 ədəd saxta 100 dollar hazırlayıb. 20 min dollar dəyərində olan saxta pullar istintaq tədbirləri çərçivəsində müsadirə olunub.

Faktla bağlı istintaq davam etdirilir. Saxlanılan şəxsi 7 ildən 10 ilədək həbs gözləyir.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …