Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İspaniyada etiraz aksiyalarında onlarla insan saxlanıldı

İspaniyada terrorçuluğu təbliğ etməkdə təqsirləndirilən reper Pablo Aselin həbsinə etiraz olaraq keçririlən aksiyada 49 nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat verib.

Məlumata görə, etirazçılar Barselonanın və Madridin mərkəzində, həmçinin Kataloniyada və Qranada əyalətində qarışıqlıqlar zamanı saxlanılıblar.

Paytaxtda etiraz aksiyası mərkəzi “Puerta-del-Sol” meydanında başlayıb. Aksiyanın aqressiv iştirakçıları polisə müxtəlif əşyalar atmağa, şəhərə ziyan vurmağa başlayıblar. Nəticədə polis dəyənəkdən istifadə ilə güc tətbiq etməli olub. ABC qəzetinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

“Europa Press” agentliyi isə Madriddə qarşıdurmalar zamanı 9 nəfərin xəsarət aldığını xəbər verir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …