Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyədə terrorçu PKK-nın bombaçısı tutulub

Türkiyənin Kocaeli əyalətinin Kandıra rayonunda terrorçu PKK-nın partlayıcı qurğular hazırlayan “Kemal Pir” kod adlı üzvü saxlanılıb.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, Kandıra rayonunda keçirilən əməliyyat nəticəsində onun qaçqınlara qarışaraq Türkiyədən qaçmağa hazırlaşdığı müəyyən edilib. O, terrorçu PKK qruplaşmasının İraqın Gara və Hakurk bölgələrindəki düşərgələrində fəaliyyət göstərirmiş.

Məlumata görə, “Kemal Pir” 2008-ci ildə terrorçulara qoşulub. 32 yaşlı bu terrorçu Gara, Hakurk və Şemdinlidə PKK-da fəaliyyət göstərib, qruplaşmanın rəhbərliyinə daxil olub. Bildirilib ki, o, 2012-ci ildə Şemdinlidə Türkiyə polislərinin olduğu zirehli avtomobilə və eyni bölgədə hərbçilərin maşın karvanına bombalı hücumların fəallarından olub. Terrorçunun xaricə qaçmasına yardım edən Suriya əsilli şəxs isə Türkiyənin Ədliyyə Nazirliyinə təhvil verilib.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …