Şimali Kipr Türk cümhuriyyətinin Prezidenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Ersin Tatarın və onun timsalında Kipr Türk xalqının Rəqaib qəndilini təbrik edib.
Prezidentlər arasındakı telefon danışığında Kipr məsələsi ilə bağlı son durum, COVID-19 pandemiyası və peyvənd məsələsi müzakirə olunub.
Türkiyə Prezidenti Kipr Türk xalqının COVID-10 pandemiyası ilə mücadiləsində yalnız olmadığını, əllərindən gələn dəstəyin, daha öncə olduğu kimi, bundan sonra da davam edəcəyini bildirib.
Ersin Tatar da Türkiyə Prezidenti və türk xalqının Rəqaib qəndilini təbrik edib. Prezident Ersin Tatar hər zaman olduğu kimi, bundan sonra da Türkiyə Cümhuriyyəti ilə yaxın və səmimi əlaqələrin davam edəcəyini bildirərək, Kipr Türk xalqı adından Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini çatdırıb.