Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan təyyarəsini İrandan geri almaq istəyir

“Ermənistan “Boeing-737”nin Yerevana qaytarılması üçün İranla danışıqlar aparır”.

Boyukmillet.com “Lragir”ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deputatların məsələ ilə bağlı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, “Fly Armenia Airways” aviaşirkətinə məxsus təyyarə Ermənistan Mülki Aviasiya Komitəsindən Estoniyanın paytaxtı Talinndən Ukraynanın Qostomel hava limanına boş reys etmək üçün icazə alıb: “Ancaq təyyarə komitənin ona əvvəlcədən təqdim etdiyi marşrut üzrə uçuş etməyərək Bolqarıstanın Varna hava limanında eniş edib. Oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Şarc hava limanına uçub”.

Baş nazirin müavini deyib ki, təyyarə naməlum şəraitdə İranın Mehrabad hava limanında eniş edib. T.Avinyanın sözlərinə görə, pilotlar enişi yanacaqla bağlı yaranmış problemlə əlaqələndirirlər.

Qeyd edək ki, Ermənistanda qeydiyyatda olan “Boeing-737” sərnişin təyyarəsi naməlum şəraitdə İranda peyda olub. Estoniyadan Ukraynaya uçan təyyarə naməlum səbəblərdən İran səmasında ortaya çıxıb. Bir müddət sonra təyyarənin texniki nasazlıqdan İranda yerə endiyi bildirilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …