Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Nazirlikdən sürüşmə ilə bağlı açıqlama

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

“Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də son zamanlar atmofser yağıntılarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir”, – o qeyd edib.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …